«Samaxı»nın son 1 ayda yollarını ayırdığı futbolçuların sayı 5-ə çatıb.
Premyer Liqada mövsümün ilk yarısını 7-ci pillədə başa vuran «şirlər» bu dəfə Qurban Səfərova qapını göstərib.
20 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Millinin sabiq qapıçısı Səlahət Ağayevin bacısı oğlunun əyalət təmsilçisinin düşərgəni tərk etməsinin bir səbəbi var - rəqabət apara bilməmək.
Çox vaxt ehtiyatda qalan Qurban şans qazandığı oyunlarda da aktivinə qol yazdıra bilməyib.
«Şamaxı»nın ondan əvvəl İlkin Muradov, Adil Nağıyev, Georgi Kantariya və Ramin Əhmədovla vidalaşmasını da xatırladaq.
SPORTİNFO.AZ