COP29

Alman “Qarabağ”ın adını eşirdi, zarafata saldı: “Böyük oyunlar böyük futbolçular üçündür”

24 Dekabr 20:40 Şamaxı 750
Alman “Qarabağ”ın adını eşirdi, zarafata saldı: “Böyük oyunlar böyük futbolçular üçündür”

“Şamaxı”nın hücumçusu Leroy Mikels “Qarabağ”a uduzduqları oyunda (0:1) xarüqələr yaradırdı.

Bölgə təmsilçisinin kapitam matçboyu fərdi reydlərlə yadda qaldı, hesaba alınmayan qol zamanı Edqar Adilxanova məhsuldar ötürmə etdi və ikinci hissənin gedişində aktobatik tullanışla vurduğu zərbə tirə tuş gəldi.

Sanki rəqibin adının “Qarabağ” olması Mikelsə əlavə motivasiya vermişdi. Meydanda sözün əsl mənasında qarşısını almaq mümkün deyildi.

Almaniyalı səbəbkar Sportinfo.az-ın “rəqibin adı əhvalına təsir edir?” sualına cavabı maraqlı alınıb:

“Əlbəttə, əlbəttə. Böyük oyunlar böyük futbolçular üçündür (gülür).

Qarşında böyük komanda olanda özünü ən yaxşı tərəfdən göstərməyə çalışırsan ki, mən heç kimdən zəif deyiləm.

Gizlətmirəm, “Qarabağ”, “Sabah”, “Neftçi” kimi rəqiblərə qarşı oynamaq əlavə motivasiya verir.

“Şamaxı”nın heyətində əla mövsüm keçirən 29 yaşlı futbolçu Premyer Liqada meydana çıxdığı 16 oyunda 4 qol və 3 assistlə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Dekabr 14:40 Bacıoğlu da getdi…