"Şamaxı" qış fasiləsində növbəti transferini reallaşdırıb.
Bölgə klubu gənclər millimizin üzvü Murad Vəliyevi heyətinə qatıb.
22 yaşlı futbolçunun son klubu Estoniyanın" Nomme United" komandası olub.
Vinger Estoniya klubları ilə bərabər Almaniya aşağı liqa klublarında da çıxış edib.
Yeni transferlə müqavilənin müddəti 1.5 il nəzərdə tutulub.
Murad Azərbaycanın 21 yaşlılarından ibarət yığmasında keçirdiyi 15 oyunda 1 qolla yadda qalıb.
Onun daha əvvəl Estoniyanın U-16 və U-18 milli komandalarında çıxış etdiyini də bildirək.
XANOĞLAN/ SPORTİNFO.AZ