"Mən bunu başa düşə bilmirəm, niyə "Şamaxı" rəhbərliyi adı oyun alqı-satqısında hallanan futbolçularla bağlı açıqlama vermir? ".
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində "Şamaxı" rəhbərliyini kəskin tənqid edib, adı "qumar"da hallanan oyunçularla əlaqəli əsl həqiqəti ictimaiyyətdən gizlətdiklərini bildirib.
Tanınmış teleşərhçi deyib ki, İlkin Muradov, Adil Nağıyev və Georgi Kantariya bir-birinin ardınca düşərgədən kənarlaşdırılsa da, funksionerlər yaxalarını prosesdən kənara çəkir, artıq söz-söhbətlərin yaranmasına zəmin yaradır.
Abbasov qeyd elib ki, adları çəkilən futbolçuların özləri oyun "alver"inə görə "Şamaxı"dan getdiklərini danır, hərəsi bir bəhanə gətirir, rəsmilər isə klubun imicinə böyük zərbə vuran olayların böyüməsinə göz yumur.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN