Azərbaycan millisinin üzvü Cəlal Hüseynov Premyer Liqanın 18-ci turunda keçirilən "Sabah" - "Şamaxı" görüşünü izləyənlər arasındadır.
Bölgə klubunun yeni transferi qarşılaşmanı klub rəhbərliyi ilə birgə izləyir.
21 yaşlı futbolçu 2023-cü ilin yayından "Arda"da çıxış edirdi. O, bu komanda ilə bütün turnirlərdə 45 matçda iştirak edib, 1 qol vurub.
Bolqarıstan təmsilçisi müdafiəçi ilə olan müqavilə bir neçə gün əvvəl qarşılıqlı şəkildə ləğv olunub.
Cəlal karyerasını yenidən Azərbaycanda davam etdirəcək. "Şamaxı"da çıxış edəcək.
Qeyd edək ki, Hüseynov "Arda"ya keçməzdən əvvəl "Zirə" və "Şamaxı"da oynayıb.
XANOĞLAN/ SPORTİNFO.AZ