COP29

“Qumar” və yetimin kökəsi

14:20 Şamaxı 290
“Qumar” və yetimin kökəsi

Çox düz yanaşmadır - nə olur, yaxşılığa doğru olur.

«Şamaxı» İlkin Muradov, Georgi Kantariya və Adil Nağıyevə qapını göstərəndən sonra düşünənlər var idi ki, bu komandann «kitab»ı bağlandı, Aşqabad batan kimi batacaqlar.

Düzdür, nəticə baxımından dəyişən bir şey yoxdur, «Şamaxı» axır 1 ayda cəmi 1 xal əldə edib, onu da «Səbail»dən alıb.

Amma hazırkı məqamda bundan da vacib olan «Şamaxı»nın sərgilədiyi oyundur. «Qumar» haqq-hesabına uğramış bir kollektivin bu dərin psixoloji travmanı necə adlatmasına heyrət etməyə bilmirsən.

Aparıcı futbolçuları gedib, belə demək olarsa, komanda əsasən burnu fırtıqlı uşaq-muşağın ümidinə qalıb, ancaq adam kimi futbol oynamağa başlayıblar.

Heç o adlarını çəkdiyimiz aparıcı fiqurlar burada olanda «Şamaxı» belə vuruşqan təsir bağışlamırdı, çox vaxt oyunun ortasında ağ bayraq qaldırırdı.

Son dəqiqələrdə buraxılan qollar olmasaydı, 14 xalın üstünə hardasa 2-3 xal da gəlmişdilər. Ayxan Abbasov əlinin altında olanlardan «konfet» düzəldib, açığı. Sadəcə, bu yarımcan komandada təcrübə çatışmır.

Tək bu olsaydı, Abbasovun yarası qaysaq bağlayardı. Hakimlər də «Şamaxı»nın başından basır.

«Qarabağ»la üçüncü turdan təxirə salınmış matçda Leroy Mikelsin sayılmayan qolunun bəraəti yoxdur.

Referi Rəşad Əhmədov və VAR-da əyləşən bir sürü «qaqa» almaniyalı hücumçunun təmiz qoluna «ofsayd» donu geyindirməklə, futbol ədalətinin üzünə lomba ilə tüpürdü.

Bunun başqa adı, izahı yoxdur, varsa da, mən tapmıram.

Yetimin əlindəki balaca kökəni də ona çox gördülər. Evi yıxılıb da bu “Şamaxı”nın, day onu kürəyindən niyə vurursuz, ay insafsızlar?

Olmadı ki...

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti