“Şamaxı”dakı çıxışı ilə diqqətləri üzərinə çəkən Rikardo Fernandes bölgə təmsilçisindən ayrıla bilər.
Portuqaliyalı kiper “çərçivə”dəki məharətinə görə Premyer Liqa klublarının diqqətini çəkib.
Vaxtilə Portuqaliya Primerasında çıxış etmiş 30 yaşlı qapıçının adı “Sabah”ın transfer siyahısında yer alıb.
Rikardo məsələ ilə bağlı Sportinfo.az-a verdiyi açıqlamada oxu atsa da, yayı gizlədib:
“Bu barədə nəsə demək istəmirəm. Transfer işləri ilə agentim məşğul olur.
Mənim öhdəliyim müqavilə ilə məxsus olduğum kluba fayda vermək üçün meydanda bacardığımın ən yaxşısını etməkdir”.
Rikardo Fernandes Premyer Liqada meydana çıxdığı 16 oyunda qapısından 21 top buraxıb ki, bu göstəricidə “Qarabağ”, “Atraz-Naxçıvan”, “Turan Tovuz” və “Zirə”dəki həmkarlarından geri qalır.
HƏBİB / SPORTİNFO.AZ