«Arda»dan ayrılan Cəlal Hüseynovu sıralarına qatan «Şamaxı» daha bir yerli futbolçu ilə anlaşmağa yaxındır.
Bu barədə klubdan redaksiyamıza məlumat verilib.
Bildirilib ki, Mehrac Baxşalı artıq bir neçə gündür düşərgədədir və baxışdan keçir. Komandanın gündəlik hazırlıq prosesində iştirak edən yarımmüdafiəçinin burada qalmaq ehtimalı böyükdür.
Çünki baş məşqçi Ayxan Abbasov 2003-cü il təvəllüdlü gəncin potensialına bələddir. Baxmayaraq ki, o, 2 aya yaxındır oyun praktikasının yoxluğundan əziyyət çəkir və ideal formadan uzaqdır.
Mehrac «Qəbələ»nin yetirməsidir və ötən mövsüm Premyer Liqada az-çox şans qazanıb.
«Qırmızı-qaralar» I Liqaya yuvarlansa da, buradan getməyib, sadəcə, Kaxaber Sxadadze ilə yaşadığı problem üzündən əyalət təmsilçisinin sıralarını tərk edib.
Baxşalı aşağı liqada kifayət qədər şansı qazanmadığını söyləyərək, baş məşqçi ilə münasibətlərini korlayıb.
SPORTİNFO.AZ