COP29

Azərbaycanın ən kasıb komandası onu baha qiymətə icarəyə götürdü

14:40 Şamaxı 1 590
Azərbaycanın ən kasıb komandası onu baha qiymətə icarəyə götürdü

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun legionur həyatı başa çatıb.

Bolqarıstandan ayrılan 21 yaşlı müdafiəçi bölgə təmsilçisi ilə anlaşıb.

"Şamaxı" onu "Arda"dan mövsümün sonunadək icarəyə götürülüb.

Həmin vaxt "Zirə"yə məxsus Hüseynov 2022/2023 mövsümündə icarə əsasında "Şamaxı"nın formasını geyinib. 2023-cü ilin yayında "Arda"ya keçən gənc bu komandanın heyətində 45 matça çıxıb və 1 qolla yadda qalıb.

Cəlal "şirlər"in ən ödənişli oyunçularından biri olacaq. Əyalət təmsilçisi ona hər ay 5000 manat əməkhaqqı ödəyəcək.

2023-cü ilin əvvəlində "Zirə"ni "Arda"ya dəyişən millimizin üzvü Bolqarıstanda qətiyyən xoşbəxt deyildi. Sadə bir səbəb üzündən.

Aleksandar Tuncev ona şans vermirdi. Baş məşqçi dəyişikliyindən sonra əsas heyətdə yerini itirən Hüseynov aylardan bəridir qeyri-müəyyənlik içində idi.

«Gedim, yoxsa qalım» fikirləri içində əldən düşmüşdü, tərəddüd keçirirdi.

Cəlal klub rəhbərliyinə müraciət edərək, 2026-cı ilin yayında bitəcək müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam vermək niyyətində olduğunu bildirib.

«Arda» mənsubları futbolçunun mövqeyinə sayğı ilə yanaşıb, dekabrın sonunda kontraktı pozmağa razılıq verib.

Hüseynov hələ sentyabrda Azərbaycana dönə bilərdi. Həmin vaxt «Kəpəz»lə görüşmüşdü.

O, Gəncə təmsilçisinin təklifini öncə qəbul etsə də, son anda daha çox maaş tələbi irəli sürdüyündən, keçid baş tutmamışdı.

Müdafiəçi əvvəl 6000 manat maaşa «ok» söyləsə də, axır məqamda 8000 manat əməkhaqqıdan 1 qəpik aşağı düşməmişdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti