COP29

Premyer Liqa klubu çarəsiz durumda bu yola əl atdı

10:40 Şamaxı 272
Premyer Liqa klubu çarəsiz durumda bu yola əl atdı

Bir illik aradan sonra Premyer Liqaya qayıdan "Şamaxı" yayda yenidən heyət formalaşdırmaq məcburiyyətində qaldı.

Qısa müddətdə baş məşqçi Ayxan Abbasov mübariz kollektiv formalaşdıra bildi.

Amma büdcə kəmiyyət azlığının qarşısını ala bilmədi.

Bölgə klubu məcburən yola kasad heyətlə çıxmalı oldu.

Mövsümün gedişində isə gözlənilmədən "Şamaxı"dan 3 əsas heyət üzvü göndərildi.

Söhbət İlkin Muradov, Adil Nağıyev və Georgi Kantariyadan gedir.

Abbasov üçün indi durum daha ağırdı.

Hətta məşqləri normal keçməyə futbolçu sayı düzəlmir.

Təcrübəli mütəxəssis çıxış yolunu gənclərdə görüb.

O, U-19 komandasının 3 üzvünü əsas komandaya cəlb edib.

Artıq bir neçə gündür gənclər A komandası ilə məşqlərə qatılır.

Təbii ki, özlərini yaxşı tərəfdən göstərə bilsələr, onları rəsmi matçlarda da meydanda görə bilərik.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti