COP29

Oyun “alver”inə qurban getmiş komandanın “müharibə”si

12:20 Şamaxı 307
Oyun “alver”inə qurban getmiş komandanın “müharibə”si

Həftələrdir «Şamaxı»da vəziyyət qarışıqdır.

Oyun «alver»inə dair söz-söhbətlər və şübhələr boşuna deyilmiş.

Adil Nağıyevlə Georgi Kantariyanın düşərgədən uzaqlaşdırılması ilə bu iddialar hardasa öz təsdiqini tapmış oldu.

Bu xəmir hələ çox su aparacaq. Yenə kimlərinsə adı prosesdə hallanacaq.

Yenə kimlərsə dindiriləcək, ola bilsin, barəsində cinayət işi açılacaq.

Tutulanlar olacaqmı? Bu da gözləniləndir.

«Şamaxı» son hadisələr üzündən sarsıntı içindədir. Ayxan Abbasov başını itirməyib, amma ciddi və dərin boşluğa düşüb.

Start «onbirliy»ini düzəltməyə oyunçu tapmır. Axır həftələrə kimi ehtiyat skamyanın daimi «sakin»i olanları, say düzəltmək üçün məşqə çıxardığı futbolçuları bu gün əsas heyətdə «döyüş»ə atır.

Belə vəziyyətdə duruş çox vacibdir. Adətən, «qumar»a bulaşmış kollektivlər özünə gəlməyə çətinlik çəkir, günü-gündən geri gedir.

«Şamaxı» yenilik edir - onlarda əksinədir. Məlum hadisələr komandanın boyunu qısaltsa da, mübarizə əzmini artırıb. Cəngavər kimi vuruşurlar, müqavimət göstərirlər. Hətta meydan buz bağlasa belə!

«Səbail»lə qarşılaşma futbol deyildi. Qardan yarımçıq təmizlənmiş meydanda, sadəcə, «müharibə» getdi. Hər top uğrunda «müharibə».

Bu «müharibə»ni izlədikcə, barmağını dişləyirsən - aha, doğrudan da, «Şamaxı»nın əvvəlki oyunlarında hansısa «pərdəarxası oyunlar» gedib.

Çörək yedikləri qaba tüpürənlər olmasaydı, ikinci dövrədə 2-3 xal toplamazdılar, uğurlu startın davamı gələrdi.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
14 Dekabr 19:30 "Məğlubiyyətlər olacaq"
14 Dekabr 09:20 Messi və biz