7 oyundur qələbəyə həsrət qalan “Şamaxı”nın başı dərddən açılmır.
Zədəli və cəzalı futbolçulara görə son həftələrdə optimal heyətə şans verə bilməyən baş məşqçi Ayxan Abbasov yenə qayğılıdır.
Şamaxının eyniadlı təmsilçisi “Kəpəz” önünə itkilərlə çıxacaq.
Adil Nağıyevlə Vasiliye Bakiç “Sumqayıt”la oyunda aldıqları sarı vərəqəyə görə cəzalı duruma düşüblər.
Qurban Səfərov isə zədədən əziyyət çəkdiyinə görə, meydana çıxması sual altındadır.
Əsas heyət üzvlərindən olan İlkin Muradovun klubdan ayrıldığını nəzərə alsaq, vəziyyətin ürəkaçan olmadığı gün kimi aydındır.
Noyabrın 30-da Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 14:30-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ