"Heç bir narazılıq, ciddi problem olmayıb".
Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Şamaxı”dan ayrılan İlkin Muradov bildirib.
28 yaşlı yarımmüdafiəçi Şamaxı təmsilçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdiklərini deyib:
“Belə qərara gəldik ki, yolları ayıraq. Qarşılıqlı razılıq əsasında vidalaşdıq. Xüsusi bir səbəb yoxdur. Heç bir narazılıq, ciddi problem olmayıb”.
İ.Muradov qarşıdakı planlarla bağlı bunları deyib:
“Klubla yaya qədər müqaviləm var idi. Hansı komandaya keçəcəyim, yəqin ki, bir neçə gündən sona bilinər”.