"Şamaxı"da sürpriz ayrılıq yaşanıb.
İlkin Muradov bölgə klubunu tərk edib.
28 yaşlı futbolçu yayda "şirlər"ə qoşulmuşdu.
"Zirə"nin yetirməsi "Şamaxı"da əsas heyət üzvü hesab edilirdi.
O, bu mövsüm 12 oyunda meydana çıxıb, 1 asistlə yadda qalıb.
Gənclər millisinin sabiq üzvü "Şamaxı" və "Zirə"dən başqa "Səbail"in də formasını geyinib.
XANOĞLAN/ SPORTİNFO.AZ