COP29

“Pulları yox idisə, niyə bizə yalandan vəd verirdilər? Yekə kişidirlər, utanmırlar!”

14 Noyabr 14:00 Şamaxı 3 100
“Pulları yox idisə, niyə bizə yalandan vəd verirdilər? Yekə kişidirlər, utanmırlar!”

Bu yay «Şamaxı»dan ayrılan futbolçular Prezident İlham Əliyevə müraciət hazırlayıb.

Onlar klub rəhbərliyindən ölkə başçısına şikayət etməyi lazım bilib.

Bu haqda oyunçuların özləri redaksiyamıza məlumat veriblər.

Dediklərinə görə, «Şamaxı»nın idarəçiləri 5000 manatlıq vədi yerinə yetirmir:

«Mayda verdikləri sözü yenə tutmurlar. Artıq aradan 6 aya yaxın vaxt keçir, biz hələ də çempionluq mükafatını ala bilməmişik.

Klubda kimə zəng vururuq, bizi «fırladır». Deyirlər ki. Mükafat məsələsi müqavilədə əks olunmayıb, hara istəyirsiz, ora da şikayət edin.

Kamrana (klubun baş meneceri Kamran İsmayılov nəzərdə tutulur-red) dərdimizi söyləyirik, o da məsuliyyəti rəhbərliyin üstünə atır.

Şamaxının icra başçısı Tahir müəllimə əlimiz çatmır, yoxsa ona şikayət edərdik. Məcburuq ki, ölkə başçısına şikayət məktubu göndərək.

Çünki klubun rəhbərliyində özünə hörmət edən bir nəfər olsaydı, çıxıb bizə konkret söz söyləyərdi. Deyərdi ki, filan vaxt pulunuzu ödəyəcəyik.

Nə vaxt maraqlanırıq, ayı aya satırlar. Keçən dəfə də demişdilər ki, bu ayın əvvəlində 5000-i verəcəyik.

Artıq noyabrın ortasıdır, hamısı qaçıb gizlənib. Bunlar elə bilir ki, biz halal pulumuzdan imtina edəcəyik.

Yox, hamımız «Şamaxı»nın çempion olması üçün min əziyyət çəkmişik. Pulları yox idisə, niyə bizə yalandan mükafat vəd verirdilər?

Yekə kişidirlər, utanmırlar! Onlar utanmırsa, bizə niyə o qədər puldan keçək?

Demişik də, bizə çatası pulu heç vaxt onlara halal etməyəcəyik».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 18:10 Çək və bizə göndər!
14 Noyabr 17:40 Tanrı belə istəyir