“IQ Sports Media və Marketinq Agentliyi” “Şamaxı” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Sportinfo.az xəbər verir ki, bundan sonra kluba marketinq istiqamətində “IQ Sports Agency” xidmət göstərəcək.
Bununla əlaqədar tərəflər arasında 1 illik müqavilə imzalanıb.
“IQ Sports Agency” ölkəmizdə idman sektoruna media və marketinq xidmətləri göstərir.
Azərbaycan idmanı və idmançıları üçün çox gözəl xəyalları olan agentlik bu yolda inamla irəliləyir və fəaliyyətini genişləndirmək istiqamətində uğurlu işlər görməkdədir.