COP29

3-4 transfer etməsələr, İyo Kiyo baba olmayacaq

3 Noyabr 22:55 Şamaxı 1 515
3-4 transfer etməsələr, İyo Kiyo baba olmayacaq

Premyer Liqanın son dörd turunda məğlubiyyətlə üzləşən «Şamaxı»ya təəccüblənənlər var.

Mən özüm onlara təəccüblənirəm e!

«Şamaxı»dır ey bu, «Los Anceles Qalaksi», yaxud «Mançester «Siti» və «Real» deyil.

«Şamaxı» bu qədər uduzmalıdır da, kim uduzmalıdır ki, guya?

12 tur keçib, komanda hələ də turnir cədvəlinin ortalarında dolaşır - hə, bax, əsl təəccüblü olan faktın üstünə gəlib çıxdıq indi.

Ayxan Abbasov çempionatın ən kasıb və təbii olaraq, ən zəif heyəti ilə çalışır.

Hərdən ona yazığım və heyfim gəlir. Öz-özümə deyirəm ki, ay dadi-bidad, gör, dünyanın nə yeridir, «Neftçi»də, «Sabah»da işləməyə layiq və hazır biri «Şamaxı»dadır.

Xahiş edərlər mənə ki, başına dönüm, gəl, bu idarəçilərlə və futbolçularla işlə, vallah, milyon versələr də, razılaşmaram.

Bir klubun idarəçisi Kamran İsmayılovdursa, onun hücumçusu Conatan Bentekedən artıq, fərli ola bilməz.

Abbasovun düşdüyü yer ağlamalıdır, özüm ölüm.

«Zirə»yə evdə uduzan «Şamaxı» belə vəziyyətə bundan sonra daha tez-tez düşəcək. Rayonun vəzifəli şəxsləri, kluba «göydən zənbillə enən» həvəskar idarəçilər pərt olmaq istəmirlərsə, kisənin ağzını açmalıdırlar.

Qarşıdan qış gəlir, olmasa-olmasa, 3-4 yeni transferə pul ayırmalıdırlar. Barı, bu dəfə xəsislik etməsinlər.

Pul bir onlardadır, bir də ingilislərdə.

Ayxan Abbasov bacarıqlı məşqçidir, ancaq o, İyo Kiyo baba deyil, sehrbazlıq etməyəcək.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 11:00 Sizin də yeriniz var!