"Şamaxı" Premyer Liqanın 11-ci turunu məğlubiyyətlə başa vurdu.
"Qarabağ"ın qonağı olan "şirlər" ikinci yarı buraxdığı 3 qolla xala həsrət qaldı.
İkinci yarı həm də Edqar Adilxanovun xoş çıxışı ilə yadda qaldı.
85-ci dəqiqədə Leroy Mikelsi əvəzləyən gənc futbolçu cəmi 12 dəqiqə "Qarabağ"a qarşı oynamaq fürsəti qazandı.
Bəlkə, düşünə bilərsiniz ki, bu müddətdə xüsusi nə ilə yadda qalmaq olar axı?
19 yaşlı futbolçu çətin olanı bacardı.
Ən əsası Avropada adından söz etdirən rəqib önündə çox soyuqqanlı təsir bağışladı.
Toral Bayramov, Kevin Medina, Emmanuel Addai kimi usta futbolçularla ikili mübarizələrdə qalib ayrılması özünəinamın göstəricisidir.
O, daha əvvəl "Araz-Naxçıvan" və "Sabah"la görüşlərdə də son dəqiqələrdə meydana çıxaraq Premyer Liqa ab-havasını yaşayıb.
Ümid edək ki, U-19 millimizin üzvü olan istedadlı futbolçu bundan sonra üzərində daha çox işləyəcək.
Və yaxın gələcəkdə əsas heyətin dəyişilməz üzvünə çevrilə biləcək.
XANOĞLAN/ SPORTİNFO.AZ
Edqarın "Qarabağ"la matçdakı performans videosuna aşağıdakı linkdə baxa bilərsiniz: