COP29

ŞOK ETİRAF! "Qol vurmaq məcburiyyətindəyəm, amma bacarmıram"

22 Oktyabr 22:20 Şamaxı 225
ŞOK ETİRAF! "Qol vurmaq məcburiyyətindəyəm, amma bacarmıram"

Premyer Liqanın 10-cu turunda "Araz-Naxçıvan"a məğlub olan (0:1) "Şamaxı"nın belçikalı hücumçusu Conatan Benteke Sportinfo.az-a müsahibə verib.

- Ardıcıl ikinci görüşdə məğlub olmağa səbəb nə oldu?

- Meydanın hər qarışanda döyüşdük. Əlimizdən gələn hər şeyi etdik. Təəssüf ki, sonda məğlub olduq. Deyiləcək söz yoxdur.

- 5 əsas heyət üzvü müxtəlif səbəblərdən tribunada oturmuşdu. Onların yoxluğu meydanda necə hiss olundu?

- Bizim başqa oyunçularımız da var. Biz bir komandayıq.

- Yerli publikanın hakimlərdən böyük narazılığı vardı. Meydanda referilərdən qərəzli münasibəti hiss edirsiniz?

- Hakimlər haqqında danışmaq istəmirəm. Öz oyunumuza daha çox fokuslanmaq istəyirəm.

- O zaman öz oyunun barədə danışaq - 8 oyundu qol hesabını aça bilməmisən. Problem nədir?

- Bir hücumçu kimi həmişə qol vurmaq məcburiyyətindəyəm. Hələki bunu bacarmıram. Amma o demək deyil ki, təslim olmuşam. Mən döyüşməyə davam edəcəm. Komandam üçün əlimdən gələnin ən yaxşısını edəcəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?
22 Oktyabr 16:30 Çək və bizə göndər!
22 Oktyabr 15:50 "Sportinfo TV”də GÜNDƏM
22 Oktyabr 04:00 Anna AFFA-nın binasında
22 Oktyabr 01:10 Rayon klubundan bir ilk