COP29

Hakim qalmaqalı yaşandı, baş məşqçi "üsyan "etdi - VİDEO

21 Oktyabr 19:40 Şamaxı 361
Hakim qalmaqalı yaşandı, baş məşqçi "üsyan "etdi - VİDEO

Uğurlu mövsüm keçirən "Şamaxı"nın 5 oyunluq məğlubiyyətsiz seriyası ötən tur "Səbail"lə matçda başa çatdı - 0:2.

"Şirlər" ikinci dövrəyə də uğursuz start verdi.

Doğma publika önündə "Araz-Naxçıvan"ı qəbul edən Ayxan Abbasovun kollektivi yenə məğlubiyyətə üzüldü - 0:1.

Bölgə klubunun ardıcıl iki görüşdə xalsız qalmasında hakimlərin də "əməyi" az olmayıb.

Bayıldakı qarşılaşmada FiFA referisi Əliyar Ağayev Brahim Konateyə yersiz qırmızı vərəqə göstərməklə yadda qalmışdısa, son oyunda Fərid Hacıyev son dəqiqələrdə aşkar penaltiyə göz yumdu.

Top "Araz"ın müdafiəçisi İqor Ribeyronun əlinə dəysə də, referinin fiti susdu.

Başverənlərə Abbasov da səssiz qalmadı.

Təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında epizodu özündə əks etdirən fotonu media nümayəndələrinə göstərərək sərt etirazını bildirib.

XANOĞLAN/ SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti