COP29

"Həmin arxayınlıq bizə problem yaratdı" - 2 ay sonra uduzan komandanın kapitanı

15 Oktyabr 16:40 Şamaxı 2 072
"Həmin arxayınlıq bizə problem yaratdı" - 2 ay sonra uduzan komandanın kapitanı

“Səbail” elitadakı yerini qorumaq baxımından əsas rəqiblərindən olan “Şamaxı”nın məğlubiyyətsiz oyunlar seriyasına son qoydu.

Sonuncu dəfə çempionatda ilk və sonuncu yenilgisini avqustun 10-da “Araz-Naxçıvan”dan alan bölgə təmsilçisi iki aya yaxın müddətdə 5 oyun idi uduzmurdu.

“ASCO Arena”da baş tutan qarşılaşmada Ayxan Abbasovun çalışdırdığı kollektiv bayıllılara boyun əydi – 0:2.

Kapitan Adil Nağıyev Sportinfo.az-a açıqlamasında məğlubiyyət barədə danışıb:

“5 oyun idi uduzmurduq. Təəssüf ki, uğurlu seriya qırıldı. Çox məyusuq. “Səbail” “dişimizə” görə rəqib idi, udmaq olardı.

İlk yarıda çox yaxşı oynayırdıq. Standart vəziyyətdən sonra buraxdığımız qol komandaya psixoloji təsir etdi.

İkinci yarıda aldığımız qırmızı vərəqə işimizi bir az da çətinləşdirdi. Hesabı bıərabərləşdirmək üçün irəli atıldığımız anda əks-hücumdan növbəti qolu buraxdıq”.

Nağıyevin fikrincə, yenilgidə arxayınlığın mühüm rolu olub:

“Səbail” öz meydanında yaxşı oynayır. Fikir verirsizsə, bütün xalları burada qazanıb.

Buna baxmayaraq, yaxşı qol imkanlarımız var idi. Birindən yararlana bilsəydik, yekun nəticə fərqli ola bilərdi.

Bizdə arxayınlıq var idi ki, 5 oyundakı məğlubiyyətsizlikdən sonra bu dəfə də yaxşı nəticə qazanacağıq. Həmin arxayınlıq bizə problem yaratdı”.

İlk dövrədən sonra aktivində 12 xal olan “Şamaxı” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti