COP29

"Bu, onlar üçün bir şansdır" - Ayxan Abbasov kimlərə səsləndi?

16 Oktyabr 21:00 Şamaxı 1 342
"Bu, onlar üçün bir şansdır" - Ayxan Abbasov kimlərə səsləndi?

"Şamaxı"nın 5 oyunluq məğlubiyyətsiz seriyası "Səbail"lə matçda bitdi.

Bölgə klubu birinci dövrənin son turunda Bayıl təmsilçisinə 0:2 hesabla məğlub oldu.

"Şirlər" milli komandaların oyunlarına görə yaranmış fasiləyə təkcə məğlubiyyətin üzüntüsü ilə yollanmadı. Ayxan Abbasov həm də Brahim Konatenin qırmızı vərəqə, İlkin Muradovla Belajdi Pusinin isə sarı vərəqə almasına üzüldü.

Çünki hər 3 futbolçu qarşıdakı tur "Araz Naxçıvan"la matçı buraxmalı olacaq.

Görəsən, belə psixoloji durumda komandanı ikinci dövrəyə kökləmək çətin olmayacaq?

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov sorğumuza cavab olaraq bunları dedi:

"Son oyun həqiqətən bizi üzdü. Həm məğlub olduq, həm də çox itkilərimiz oldu. Amma çempionat uzun marafondur. Q

ələbələr kimi məğlubiyyətlər də olacaq. Əsas məqsəd həvəsdən düşməmək, oyundan-oyuna idman formasını qaldırmaqdır.

Düzdü, futbolçularımız böyük əzmkarlıq göstərir. Lakin unutmayaq ki, biz yeni komandayıq.

Fasilədən istifadə etməyə çalışacağıq. Başa düşürük ki, qarşıdan gələn "Araz Naxçıvan"la oyunda ciddi itkilərimiz var.

Əsas heyətin 4 üzvünün olmaması böyük itkidir. Buna baxmayaraq başqa oyunçulara şans verəcəyik. B

u, onlar üçün də bir fürsətdir. İstifadə etməlidirlər.

Bir oyuna görə həvəsdən düşsək, bizə təsir etsə, demək ki, zəiflik göstərmiş olarıq. Sona kimi mübarizə aparacağıq.

Məqsədimiz Premyer Liqada yerimizi qorumaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik".

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 17:40 Ölmə, eşşəyim, ölmə!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
16 Oktyabr 11:00 Görün, nə olacaq!
16 Oktyabr 03:00 II Liqa: Bunlar AÇIQLANDI