COP29

5 il formasını geyindiyi komandaya qarşı oynadı, “mənlik deyil” dedi

13 Oktyabr 19:00 Şamaxı 2 609
5 il formasını geyindiyi komandaya qarşı oynadı, “mənlik deyil” dedi

“Mənim üçün heç bir prinsipiallıq yox idi, sıradan oyun idi”.

“Şamaxı”nın kapitanı Adil Nağıyev Sportinfo.az-a açıqlamasında sabiq komandasına qarşı keçirdiyi oyunu şərh edib.

Premyer Liqada debütü “Zirə”nin heyətində etməsinə baxmayaraq, Nağıyev əsasən “Səbail” formasındakı çıxışları ilə tanınır.

Lakin bu yay klub rəhbərliyi ilə fikirlərin üst-üstə düşməməsi səbəbindən uzun illər şərəfini qoruduğu komandanı “Şamaxı”ya dəyişməyə məcbur olmuşdu.

Adətən, belə oyunlar futbolçular üçün ikqat prinsipiallıq daşısa da, Adil fərqli cür düşünür:

“Şamaxı”nın futbolçusuyam və məqsədim komandamın uğuru üçün əlimdən gələni etməkdir. Yoxsa filan komandaya qarşı prinsipim var, filan komandaya qarşı acıqlıyam – belə şeylər mənlik deyil.

“Zirə”, “Neftçi”, “Qarabağ” kimi rəqiblərə qarşı necə hazırlaşmışdımsa, “Səbail”ə qarşı də elə.

Əksinə, “Səbail”də dostlarım, rəhbərlikdə yaxın olduğum şəxslər var. Karyeramın 5 ilini “Səbail”də keçirmişəm deyə, hər kəslə xoş münasibətim var.

Fürsətdən istifadə edib özümüz kimi, onlara da növbəti oyunlarda uğurlar arzulayıram”.

29 yaşlı müdafiəçi “dənizçilər”in şərəfini qoruduğu müddətdə meydana çıxdığı 110 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti