“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Brayan Moreno ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Bu ilin yanvarında transfer olunmuş kolumbiyalı
“Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Zədəli olduğu üçün hücumçunun adı cari mövsümün iştirak ərizəsinə salınmayıb.