“Kamran ismayılov hər dəfə bizi aldadır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”dan ayrılan futbolçular deyib.
Ötən mövsüm komandanın I Liqa çempionluğunda mühüm pay sahibi olan, Premyer Liqaya vəsiqə qazandıran, lakin düşərgədən uzaqlaşdırılan oyunçular yenidən redaksiyamıza müraciət edib.
Onlar klubun baş meneceri Kamran İsmayılovun yalan vədlərlə vaxt udduğunu bildiriblər:
«Keçən dəfə bizə söyləmişdi ki, qoy AFFA sentyabrın pulunu versin, çempionluq mükafatınızı yaxın günlərdə ödəyəcəyik.
Sizin saytınız hər dəfə bu haqda xəbər yayandan sonra «Şamaxı» rəhbərliyi əl-ayağa düşür. Bizə deyirlər ki, «Sportinfo»ya heç nə söyləməyin, 5000 manatı alacaqsız.
Ancaq görürük ki, bunlar yalan danışmaqdan başqa bir iş bilmirlər. İndi də deyirlər ki, ilin sonunu gözləyin,
5000-i dekabrda verəcəyik. Bu dəqiqə çox pis vəziyyətdəyik.
Az qalırıq ki, bunlara qarğış edək. Bir il əziyyət çəkmişik, «Şamaxı»nı Birinci Liqanın çempionu etmişik, halal pulumuzu ala bilmirik.
Bu adamlar bizə belə elədisə, sabah başqşalarına da atacaqlar».