COP29

Premyer Liqada “qapazaltı” olmaq istəməyən komandanı bu cür “sındırırlar” - VİDEO

9 Oktyabr 17:40 Şamaxı 2 517
Premyer Liqada “qapazaltı” olmaq istəməyən komandanı bu cür “sındırırlar” - VİDEO

"Əliyar Ağayev "Şamaxı"nı "sındırdı".

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində sözügedən FİFA referisini sərt tənqid atəşinə tutub.

Tanınmış teleşərhçi onun Premyer Liqanın 9-cu turu çərçivəsində keçirilən “Səbail” – “Şamaxı” matçını (2:0) aşağı səviyyədə idarə etdiyini, qonaq komandanın əleyhinə yanlış qərarlar verdiyini söyləyib.

Abbasov baş hakimin Brahim Konateyə göstərdiyi ikinci sarı vərəqənin əsassız olduğunu, bununla “Şamaxı”nın haqqına girdiyini, onları məğlubiyyətə sürüklədiyini vurğulayıb.

Ekspert qeyd edib ki, Ağayev 2 ildir karyerasının eniş dövrünü yaşayır və Premyer Liqada çoxsaylı səhvlərlə yadda qalır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti