COP29

Baş məşqçi niyə narahat idi, səbəbi tez üzə çıxdı

6 Oktyabr 23:20 Şamaxı 529
Baş məşqçi niyə narahat idi, səbəbi tez üzə çıxdı

«Şamaxı» çoxdandır unutduğu məğlubiyyəti Bayılda aldı.

«Səbail» 3 xalı 2:0-la onlardan qopardı.

Qeydə alınan nəticə «Şamaxı» cəbhəsində faciə kimi qəbul olunmamalıdır.

Elə səviyyəli futbolçuları, elə güclü komandaları yoxdur ki, hər yenilgidən sonra vay-şüvən qoparsınlar, «ah, niyə belə oldu, vay, niyə belə oldu» desinlər.

Bu, sonuncu məğlubiyyət deyil. Mövsüm uzundur və hələ bir neçə dəfə üzgün halda meydanı tərk edəcəklər.

Çalışsınlar ki, sayı az olsun, amma yenə bu «Şamaxı»dır, çempionatın iddialı iştirakçılarından sayılmır.

«Şamaxı» Bayıldan xalsız dönəcəyinə Rafael Məhərrəmli ilə oyunun əvvəlində göz qırpdı.

Bir də Vasiliye Radenoviç yaxın məsafədən topu başla qapının üstündən vurunca, «salam-sağ ol» bitdi, aydın oldu ki, gün «Səbail»in günüdür.

Ayxan Abbasov çox əsəbi görünürdü. Həm futbolçularına, həm idarəçiliyə tez-tez irad bildirirdi.

Narahat idi. Gedişat bu narahatlığın əbəs yerə olmadığını üzə çıxardı – top qapıya getməyəndə yazılmamış «vurmayana vurarlar» qanunu avtomatik işə düşür.

Əliyar Ağayev oyunu yüksək səviyyədə idarə etmədi. Yerli-yersiz vərəqələr göstərdi, futbolçularda əsəbilik və özünə antpatiya yaratdı.

Verdiyi qərarlar sinəsində FİFA-nın loqosunu daşıyan referiyə yaraşmadı.

Belə hakimlik edəcəksə, fiti çıxarsın ağzından, gedib özünə başqa sənət tapsın.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 20:00 Çək və bizə göndər!