COP29

Avropanın “bərkgedən” ölkələrində yaşayan fransız Şamaxını görüb nə dedi?

5 Oktyabr 16:40 Şamaxı 4 320
Avropanın “bərkgedən” ölkələrində yaşayan fransız Şamaxını görüb nə dedi?

“Şamaxı”nın cari mövsümdəki çıxışına görə alqışlamamaq mümkün deyil.

Premyer Liqanın debütantı çempionatda keçirdiyi 7 oyundan yalnız 1-də məğlub olmaqla aktivinə 12 xal yazdırıb ki, 6-cı pillədə yer alıb.

Xüsusən bu komandanın heyətindəki legionerləri alqışlamaq lazımdır. Avropanın müxtəlif ölkələrindən Azərbaycana təşrif buyuran əcnəbilər Şamaxıda məskunlaşmaqla meydanda ən yaxşını etməyə çalışır.

Avropada gələnlər üçün bölgədə mütəmadi yaşamağın nə demək olduğunu izah etmək artıqdır.

“Şirlər”in Fransadan olan, buna qədər İspaniya, İsrail, Portuqaliya kimi ölkələrdə legioner həyatı yaşamış yarımmüdafiəçisi Brahim Konate Sportinfo.az-a Şamaxıdakı günlərindən bəhs edərkən maraqlı açıqlamalarla yadda qalıb:

“Şamaxı yaxşı şəhərdir, şəxsən buranı çox bəyənirəm. Sakit mühitə sahibdir.

Komandadakıların hamısı futbola köklənib, düşərgədə idman ab-havası hökm sürür. Bunun özü çox yaxşı aspektdir.

Əsasən futbolu düşünürük. Bəli, bəzən dincəlmək istəyirsən.

Belə olduqda istirahət günlərində Bakıya gedirik, lakin bu da tez-tez baş vermir.

Bir çox hallarda Şamaxıda xoş vaxt keçiririk. Heç bir problem yoxdur, hər şey yaxşıdır”.

Fransa U-20 millisinin sabiq üzvü bölgə təmsilçisinin heyətində meydana çıxdığı 6 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti