COP29

“Bu gün məyusuq, bilirəm ki, sabah sevinəcəyik” – Premyer Liqanın tapıntısı

2 Oktyabr 23:00 Şamaxı 987
“Bu gün məyusuq, bilirəm ki, sabah sevinəcəyik” – Premyer Liqanın tapıntısı

“Şamaxı”nın uğurlu çıxışında portuqaliyalı qapıçının danılmaz əməyi var.

Premyer Liqanın bacarıqlı qolkiperlərindən olan Rikardo Fernandeş əksər oyunlarda xilaskar rolunu oynamaqla komandasına vacib xallar qazandırıb.

“Turan Tovuz”la görüşdə rəqibin vurduğu ilk qol zamanı müəyyən səhvə yol versə də, ümumi planda inamlı göründü.

Sportinfo.az-a açıqlama verən 31 yaşlı portuqaliyalı 2:2 hesabı ilə başa çatan oyunla bağlı danışıb:

“Məqsədimiz qələbə qazanmaq idi və fikrimcə, buna çox yaxın idik. Xüsusən ikinci hissədə çox yaxşı futbol oynamaqla 3 xal istəyimizə çatacaqdıq.

İlk yarıda oyun istədiyimiz kimi getmirdi. Fasilədən sonra xarakter göstərməklə 2 qol vurduq.

Rikardo “1 xal qazandınız, yoxsa 2 xal itirdiniz” sualına maraqlı yanaşma ilə diqqət çəkib:

“Konkret cavab vermək çətindir. Hər ikisi var. Bu gün son dəqiqədə qol buraxıb 2 xal itirdiyimizə görə məyusuq.

Bilirəm ki, sabah yaxşı büdcəsi və yüksək hədəfləri olan rəqiblə heç-heçə etdiyimizə görə sevinəcəyik”.

Digər komandalardan 1 oyun az, 7 matç keçirərək 12 xal qazanan “Şamaxı” 6-cı pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti