COP29

“Ramizlə Premyer Liqaya, Ayxanla Avropaya” - FOTOLAR

30 Sentyabr 23:00 Şamaxı 202
“Ramizlə Premyer Liqaya, Ayxanla Avropaya” - FOTOLAR

Premyer Liqanın 8-ci turunda “Şamaxı” öz meydanında “Turan Tovuz”u qəbul edib.

Bölgədəki oyuna maraq kifayət qədər yüksəkdir.

Tovuzdan 100-ə yaxın tərəfdar sevimli komandalarını dəstəkləmək üçün Şamaxıya təşrif buyurub. Həmçinin, “Turan Tovuz-2”nin məşqçi və futbolçu heyəti də tribunadakı yerini tutub.

Bakıdan gələn 20-yə yaxın jurnalist də matçı işıqlandırmaq üçün Şamaxıya gəlib.

Şamaxılı azarkeşlərə gəlincə, əvvəlki görüşlərdən fərqli, bu dəfə sayları çoxdur. Bazar günü, uyğun saat və Ayxan Abbasov - “Turan Tovuz” prinsipiallığı saya təsirsiz ötüşməyib.

“Şamaxı” azarkeşlərindən birinin qaldırdığı “Ramizlə Premyer Liqaya, Ayxanla Avropaya” plakatı matça xüsusi rəng qatmaqdadır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 19:20 Mahir Emreli 3 ad çəkdi
30 Sentyabr 18:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM