COP29

Etdikləri unudulmadı, getdiyi yerdə isti qarşılandı - FOTO

24 Sentyabr 19:20 Şamaxı 921
Etdikləri unudulmadı, getdiyi yerdə isti qarşılandı - FOTO

Ayxan Abbasovun Tovuza səfəri maraqla gözlənilirdi.

2 il “Turan Tovuz”u çalışdıran, hazırda “Şamaxı”nın “sükanı” arxasında dayanan təcrübəli mütəxəssis “Kəpəz”lə oyun üçün sözügedən bölgəyə səfər etmişdi.

Abbasov 90 dəqiqə ərzində tribunada yer alan azsaylı “Turan” azarkeşlərindən lazımi dəstəyi və sevgini görməsə də, oyun başa çatandan sonra klub rəsmiləri onu qəhrəman kimi qarşıladı.

Klub rəhbərliyində yer alan şəxslər Ayxan bəyi görüncə onu bağrına basıb təbrik etdilər. Daha sonra kənara çəkilib daha böyük kütlə ilə şirin-şitin söhbət edib, ötən günləri yada saldılar.

Təbii, futbol bu kimi cəhətləri ilə gözəldir. Bu gün burda, sabah başqa yerdə ola bilərsən. Önəmli olan vaxtilə çiyin-çiyinə çalışdığın insanların səni necə xatırlamasıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti