COP29

“Həqiqətən əziyyət çəkirlər” - Tərif yağdırdı, “Şamaxı”lılara çağırış etdi

23 Sentyabr 23:40 Şamaxı 459
“Həqiqətən əziyyət çəkirlər” - Tərif yağdırdı, “Şamaxı”lılara çağırış etdi

“Tovuzda möhtəşəm azarkeşlər var və hər oyunda stadionu doldururlar. Futbolçu üçün bundan gözəl həzz ola bilməz”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un sabiq futbolçusu Belajdi Pusi deyib.

2023-cü ilin yanvarından 2024-cü ilin yayına qədər qərblilərin formasını geyinən albaniyalı hücumçu hazırda “Şamaxı”nın şərəfini qoruyur.

Pusi Tovuzla Şamaxı futbolunu müqayisə edərkən azarkeş amilini qabardıb, hazırda uğurları üçün tər tökdüyü komandanın tərəfdarlarını stadiona səsləyib:

“Turan Tovuz”un ən böyük üstünlüyü azarkeş amili ilə bağlıdır. Ora səfər edən komandalar həqiqətən əziyyət çəkir.

Çünki yerli fanatlar komandalarına möhtəşəm dəstək verirlər. Şəxsən bundan zövq alırdım.

“Şamaxı” azarkeşlərinin sayı hələ ki, azdır. Əsas istəyimiz stadionu doldurmalarıdır. “Sumqayıt”la matçda bizə tribunadan dəstək verən hər bir kəsə təşəkkür edirəm.

Nəticələrimiz get-gedə yaxşılaşır. Ümid edirəm ki, növbəti oyunlarda azarkeşlərimizin sayı çox olacaq. Və biz onların köməyi sayəsində qələbələri sıralayacağıq”.

26 yaşlı futbolçu cari mövsümdə “şirlər”in heyətində meydana çıxdığı 5 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti