“Kəpəz” – “Şamaxı” qarşılaşmasında sevinən qonaqlar oldu.
Oyuna sürətli başlayan şamaxılılar 4 dəqiqə aralığında 2 qol vurmaqla meydanı 3 xalla tərk etməyi bacardı.
16-cı dəqiqədə Brahim Konate fərqləndi, 19-cü dəqiqədə Georgi Kantariya rəqib qapıçını məyus etdi.
Konatedən fərqli olaraq Kantariya qolu bayram etmədi. Sevincini içində boğan Georgi əlini sinəsinə qoyaraq “Kəpəz” azarkeşlərindən üzr istəməyi də özünə borc bildi.
2022/23 Gəncə təmsilçisinin uğurları üçün tər tökən “7 nömrə” bu jesti “Kəpəz” azarkeşlərinə hörmət əlaməti olaraq etdi. Bir növ keçmiş komandasının qapısına yol tapmağı sakit qarşıladı.
Qərbli azarkeşlər cavabında nə etdi?
Kantariya əvəzlənib meydanı tərk edəndə onu ayaq üstə alqışladılar.
Futbol bu kimi cəhətləri ilə gözəldir.
HƏBİB / SPORTİNFO.AZ