COP29

Gedin, fısqırıq çalın, hoppanıb-düşün, kef edin!

21 Sentyabr 15:00 Şamaxı 1 740
Gedin, fısqırıq çalın, hoppanıb-düşün, kef edin!

«Şamaxı»nın başında əyləşənlər qəti narahat olmasın.

Bu mövsüm «lift»ə minib-düşməyəcəklər.

Ayxan Abbasov onların növbəti dəfə biabır olmalarına imkan verməyəcək. Gedin, fısqırıq çalın, hoppanıb-düşün, kef edin!

Məşqçi gərək məşqçi ola da. Altı oyuna 11 xalı «Şamaxı» ancaq röyasında görə bilərdi.

Ac toyuq yuxusunda darı görən kimi.

Abbasovun üzərinə götürdüyü öhdəlik məlumdur: «Şamaxı»nı liqada saxlamalıdır.

Yüzdə yetmiş bu tapşırığın öhdəsindən gəlib artıq.

Bir halda ki, oradan-buradan, o dərədən, bu dərədən yığdığı futbolçularla mövsümə belə başlayıb, ardı gələcək.

Bu, hələ jurnaldır. Əsl həngamə qabaqdadır: «Şamaxı» neçə-neçə rəqibin «evini yıxıacaq» irəlidə, səbrli olun!

«Kəpəz» Premyer Liqada qalmaq yolunda «Şamaxı»nın əsas rəqiblərindən biridir. «Səbail» və «Sumqayıt»la yanaşı.

Ac qurdun gözü dönməz. «Şamaxı» yaralı və nəticə sarıdan ac «Kəpəz»i 3 dəqiqənin içində məğlubiyyətlə barışdırmaqla, kəfəni yırtdı demək .

«Şamaxı» məscid deyil artıq. Qapısı da taybatay açıq deyil ta!

Buranı bağ-bağata döndərən Ayxan Abbasovdur, çıxın qabağına, ətəyini öpün.

Ey adamlar, sizlərə bu sevinci daddıran, «Şamaxı»nı xəcalətdən qurtaran məşqçinin qədrini bilin.

Ramiz Məmmədovun haqqına girdiz, qeyri-peşəkar davrandız, Ayxan Abbasova belə eləməyin amma.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti