COP29

"Qurban Qurbanov ona şans vermirdi, yalnız bundan sonra...” - VİDEO

18:00 Şamaxı 486
"Qurban Qurbanov ona şans vermirdi, yalnız bundan sonra...” - VİDEO

“Ayxan Abbasov gənclərə şans verən azsaylı məşqçilərdəndir".

Bu sözlər ATV kanalında yayımlanan “Futbolumuz” velişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, “Şamaxı”nın baş məşqçisinin cavam futbolçulara daim dəstək olduğunu bildirib.

Tanınmış telejurnalist xatırladıb ki, Abbasov “Sumqayıt”da çalışdığı dönəmdə Elvin Cəfərquliyevə etimad göstərib.

Deyib ki, müdafiəçi məhz onun rəhbərliyi altında inkişaf edəndən sonra Qurban Qurbanov fikrini dəyişib, Elvini “Qarabağ”a geri qaytarıb, özü də əsas komandaya götürüb.

Rzayev qeyd edib ki, Abbasov “Neftçi”nin əvəzedici heyətində forma geyinən Rüfət Abbasovu “Şamaxı”ya gətirməklə, Premyer Liqaya yolunu açıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti