COP29

Bölgəyə gedəcəyi üçün sevinən legionerdən MARAQLI AÇIQLAMA

20 Sentyabr 16:20 Şamaxı 690
Bölgəyə gedəcəyi üçün sevinən legionerdən MARAQLI AÇIQLAMA

Premyer Liqanın debütantı “Şamaxı” yaxşı mənada təəccübləndirməkdə davam edir.

Bəlkə də heç kim bölgə təmsilçisindən bu cür start gözləmirdi.

“Şirlər” proqnozları alt-üst edərək ilk 5 oyundan 8 xalla ayrılmağı bacardı.

Növbəti rəqib isə elitadakı yerini qorumağa çalışan “Kəpəz”dir. Ayxan Abbasovun çalışdırdığı kollektiv Gəncə təmsilçisini də məğlub edə bilsə, autsayderlə arada 11 xallıq fərq yaranacaq ki, bu, böyük üstünlük sayılacaq.

Komandanın əsas simalarından olan albaniyalı hücumçu Belajdi Pusi “Kəpəz”lə matçdan öncə Sportinfo.az--a açıqlama verib:

“Əvvəla onu deyim ki, bu oyunun Tovuzda keçirilməsi məni sevindirir. Mənə doğma olan stadionda oynayacağam.

Tovuzdakı meydançanin mənim üçün dəyəri başqadır. Məqsədimiz təbii ki, qələbə qazanmaqdır.

Rəqibləri bir-birindən ayırmırıq, hər biri bizim üçün eynidir. Ona görə də “Kəpəz”lə oyundakı mümkün qələbənin aradan xal fərqi yaradacağı barədə düşünmürəm.

Çempionatdakı rəqibimiz tək “Kəpəz” deyil. Odur ki, digər oyunlara necə yanaşırıqsa, bu dəfə də eyni istəklə meydana çıxacağıq”.

Bu gün Tovuz şəhər stadionunda baş tutacaq oyun saat 17:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti