COP29

Varmı mənə kəm baxan?

16 Sentyabr 23:20 Şamaxı 1 505
Varmı mənə kəm baxan?

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan çempionatlarında 200-cü dəfə meydana komanda çıxarıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis bunu Azərbaycan Premyer Liqasının VI turunda "Sumqayıt"a qarşı oyunda (1:0) reallaşdırıb.

Mütəxəssis karyerası ərzində dörd klubda çalışıb. O, Premyer Liqada “Zirə”ni 44, “Sumqayıt”ı 79, “Turan Tovuz”u 72, “Şamaxı”nı 5 görüşə çıxarıb.

Onun komandaları 67 qələbə qazanıb, 55 heç-heçə edib və 78 dəfə uduzub.

A.Abbasov Azərbaycan çempionatları tarixində 200 və daha çox matça baş məşqçi kimi çıxan 13-cü mütəxəssisdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!