“Məqsədim komanda yoldaşlarımla eynidir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın qapıçısı Rikardo Fernandes deyib.
Cari mövsümdən ölləmizdə legioner həyatı yaşamağa başlayan portuqaliyalı kiper Premyer Liqada qalmaq uğrunda mübarizə apardıqlarını bildirib:
“Ən yaxşı nəticələr əldə etmək üçün mümkün qədər yaxşı işləmək və “Şamaxı”ya əlimizdən gələn köməyi etməkdir. Bu, Premyer Liqada qalmağımız üçün lazımdır.
Baş məşqçimiz yaxşı kollektiv formalaşdırıb. Ayxan Abbasov bizdən maksimum dərəcədə məsuliyyətli olmağımısı istəyir. Məncə, bu da bizdə alınır”.
I Liqanın çempuionu kimi Premyer Liqaya qayıdan “Şamaxı” 4 oyun keçirib və 5 xal toplayıb. “Şirlər” bu nəticə ilə turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.