COP29

"Neftçi"yə bunun sayəsində məğlub olmadıq" – Portuqaliyalı ilə MÜSAHİBƏ

3 Sentyabr 22:20 Şamaxı 593
"Neftçi"yə bunun sayəsində məğlub olmadıq" – Portuqaliyalı ilə MÜSAHİBƏ

"Şamaxı"nın portqaliyalı qolkiperi Fernandes Rikardo Premyer Liqanın 5-ci turunda "Neftçi" ilə bərabər qaldıqları (0:0) qarşılaşma haqda Sportinfo.az-a müsahibə verib.

- İlk növbədə oyun haqqında nələr deyə bilərsən?

- Fərdi ustalıq baxımından rəqib üstün idi. Amma biz bir komandayıq. Birlikdə klub üçün çalışırıq. Bunun sayəsində məğlub olmadıq. Bundan sonra da hamımız “Şamaxı” üçün ən yaxşısını istəyirik.

- Bir neçə epizodda vacib çıxarışlarla yadda qaldınız. Sizi oyunun qəhrəmanı hesab edə bilərikmi?

- Belə deməzdim. Məncə, bütün komanda yoldaşlarım yaxşı mübarizə apardı.

- İlk dəfədir legioner həyatı yaşayırsınız. Buraya uyğunlaşa bilmisiniz?

- Hər şey ürəyimcədir. Mənə çox yaxşı münasibət göstərilir. Burada insanlar çox qonaqpərvər və mehribandır.

- Azərbaycandan dəvət alanda ilk olaraq kiminlə danışdınız?

- Portuqaliyada çox güvəndiyim bir insanla danışdım. Onun fikri mənim üçün çox önəmlidir. O da müsbət qərar verməli olduğumu dedi.

- Şamaxıda asudə vaxtınızı necə keçirirsiniz?

- Ailəm və dostlarımla keçirirəm. İdman zalına gedirəm, playstation oynayıram və filmlər izləyirəm.

- Premyer Liqa haqqında nələr deyə bilərsiniz?

- Çox rəqabətli və balanslı bir liqadır. Biz həmişə əlimizdən gələnin ən yaxşısına hazır olmalıyıq. Yalnız bu yolla daxili məqsədlərə nail ola biləcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti