COP29

Yaranmış fasilə formada olan bölgə klubuna mənfi təsir edə bilər? - Liderdən açıqlama

4 Sentyabr 16:00 Şamaxı 496
Yaranmış fasilə formada olan bölgə klubuna mənfi təsir edə bilər? - Liderdən açıqlama

Bir illik fasilədən sonra Premyer Liqaya qayıdan "Şamaxı" mövsümə yaxşı başlayıb.

4 matç keçirən "şirlər" cəmi görüşdə 1 məğlubiyyət alıb.

"Araz Naxçıvan"a uduzan bölgə klubu əvəzində iddialılardan "Zirə"ni məğlub edib, "Sabah" və "Neftçi" ilə bərabərə qalıb.

Bir sözlə, Ayxan Abbasovun kollektivi yaxşı performans yaxalayıb.

Görəsən, belə məqamda 2 həftəlik fasiləyə yollanmaq komandaya necə təsir edə bilər?

Sorğumuza cavab olaraq "Şamaxı"nın almaniyalı hücumçusu Leroy Mikels bunları dedi:

"Bəli, nəticələr ürəkaçandır. İşlər arzuladığımız kimi gedir.

Ümid edirəm ki, yaranmış fasilə bizə yaxşı təsir edər. Fasilədə yaxşı dincəlib, növbəti qarşılaşmalara hazırlaşacağıq".

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti