COP29

"Azərbaycan Premyer Liqasına ekrandan baxanda başqa hislər yaşayırdım"

1 Sentyabr 16:05 Şamaxı 561
"Azərbaycan Premyer Liqasına ekrandan baxanda başqa hislər yaşayırdım"

"Şamaxı"nın almaniyalı yarımmüdafiəçisi Leroy Mikels Premyer Liqanın 5-ci turunda "Neftçi" ilə qolsuz bərabərliklə bitən matçdan sonra Sportinfo.az-a müsahibə verib.

- Oyunla bağlı nələr deyə bilərsən?

- Ağır oyun idi. İlk qolu vura bilsək qazana bilərdik. Olmadı, amma yaxşı oyun keçirdik.

- Bu gün "Şamaxı" 1 xal qazandı, yoxsa iki xal itirdi?

- İki xal itirdiyimizi düşünürəm. Biz meydanda daha yaxşı idik. Təəssüf ki, qol vura bilmədik.

- Qısa müddətdə "Şamaxı"nın əsas fiqurlardan birinə çevrilə bildin. Adaptasiya prosesini belə erkən arxada qoymağın xarakterinlə bağlıdır, yoxsa komandadakı ab-hava ilə?

- Hər ikisi kömək etdi. Amma daha çox komandadakı ab-havanı deyərdim. Çünki məşqçi işi çox önəmlidir. Baş məşqçimiz transferimi çox istəmişdi. Düşərgədə olan müsbət ab-hava da daha tez uyğunlaşmağıma kömək etdi.

- Şamaxıda ilk oyuna çıxdınız. Yerli publika barədə ilk təəssüratların necədir?

- Çox yaxşı idi. Amma bu qədər adam gəlməsinə təəccübləndim. Onların çoxluğu bizə müsbət təsir edirdi.

- Təəccüblənməyin Bakıda gördüyün boş tribunalara görə idi?

- Bəli (gülür). "Zirə" böyük komandadır. Amma Zirədən çox azarkeşi burada görməyim məni təəccübləndirdi.

- Premyer Liqada başqa nələr səni təəccübləndirir?

- Oyunların sürətini deyə bilərəm. Ekrandan baxanda başqa hislər yaşayırdım. Meydanda olduğum zaman yüksək sürət olduğunu sezdim.

- Qardaşın "Sabah"da çıxış edir. Ona qarşı olacaq oyuna xüsusi motivasiya ilə hazırlaşırsan?

- Qardaşıma qarşı oynadığım iki görüşdə də məğlub olmuşam. Bu dəfə qələbə qazanmağı hədəfləyirəm.

- Meydana qisas hissi ilə çıxacaqsan?

- Bəli (gülür). Daha çox qol vurmağa çalışacam.

- Azərbaycana gəlməyində qardaşının rolu oldu?

- Bir neçə dəfə burada olmuşdum. Ölkəni sevdim. Qardaşım da gəlməyimə dəstək oldu.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM