COP29

Premyer Liqa klubunun yeni hücumçusunun onun qardaşı olmasını bilirdiz?

14 Avqust 11:40 Şamaxı 1 042
Premyer Liqa klubunun yeni hücumçusunun onun qardaşı olmasını bilirdiz?

“Şamaxı” növbəti transferini reallaşdırıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi komanda almaniyalı hücumçu Coy-Leroy Mikelsi heyətinə qatıb.

Beləcə, saytımızın günlər öncə yaydığı xəbər rəsmi təsdiqini tapıb - 29 yaşlı legionerlə 1 illik müqavilə imzalanıb.

O, Konqo Demokratik Respublikasından olsa da, Almaniyada dünyaya gəlib. Münxenqladbax «Borussiya»sının yetirməsinin karyerası əsasən bu ölkəylə bağlıdır.

«Sankt Pauli», «Alemanniya Aaxen», «1Monheym», «Velbert», «MSV Duysburq», «Türkgücü Münxen» və «Rot-Veys Oberhausen» kimi yerli klubların formasını geyinib.

2023-cü ilin əvvəlində Bolqarıstana üz tutub, Varna «Spartak»ı ilə müqavilə imzalayıb.

Həmin ilin yayında isə Səudiyyə Ərəbistanına yollanıb, «Al-Taraji»nin şərəfini qoruyub.

Leroy kim olsa yaxşıdır? O, 1 illik aradan sonra «Sabah»a qayıdan Coy-Lenis Mikelsin kiçik qardaşıdır.

Onların arasında 1 yaş fərqi var. «Şamaxı»nın yeni transferi elə qardaşının məsləhəti ilə Azərbaycana gəlib.

Ərəbistanın birinci liqa klubundan fərqli olaraq, Leroy burada az pul qazanacaq. Aylıq gəliri 5000 min dolları keçməyəcək.

Maddi cəhətdən ərəb ölkəsində yaxşı pul əldə etsə də, mühit onu sıxıb. Yerli mədəniyyətə və yaşayış tərzinə heç cür öyrəşə bilməyib, bu üzdən Azərbaycanda rahatlıq tapacağını fikirləşib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…