COP29

“İstəməzdik uduzaq”

12 Avqust 02:10 Şamaxı 278
“İstəməzdik uduzaq”

“Çətin səfər oyun idi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın müdafiəçisi Adil Nağıyev Premyer Liqanın ikinci turunda “Araz-Naxçıvan” 0:1 hesabı ilə uduzduqları qarşılaşma barədə danışarkən deyib.

O, real qol şanslarından faydala bilmədiklərini bildirib:

“Matça çox ciddi hazırlamışdıq. Yaxşı nəticə qazanmaq istəyirdik.

Təəssüf ki, məğlub olduq. Halbuki yaxaladığımız epizodları qola çevirsəydik, nəticə başqa cür ola bilərdi.

Ümumilikdə bərabər oyun getdi. Ani diqqətsizlikdən qapımızda qol buraxdıq. İstəməzdik uduzaq.

Nəzərə almaq lazımdır ki, yeni komandayıq. Qarşıda 34 tur var. İnanıram ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…