COP29

"Çatışmazlıqlar çoxdur, bunu bilirik" - Ayxan Abbasov

10 Avqust 21:30 Şamaxı 614
"Çatışmazlıqlar çoxdur, bunu bilirik" - Ayxan Abbasov

"Şamaxı" Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyun bərabərliyə gedirdi. Yüz faizlik qol fürsətlərindən istifadə edə bilmədik. Çempionatın əvvəlidir. Oyundan-oyuna daha yaxşı olacağıq. Qol buraxandan sonra komandanın oyunundan razı qaldım. Bəzi futbolçular yenidir. Çempionata uyğunlaşmadıqları görünür. Amma qarşımıza qoyulan məqsədə çatacağıq. Komandaya inanıram.

- Çatışmayan cəhətləriniz nədir?

- Çatışmazlıqlar çoxdur, bunu bilirik. Sıfırdan qurulan komandayıq. Adi qol epizoduna baxın. Futbolçuların bir-birini başa düşməməsi görünür. Rəqib bir faiz şansından istifadə etdi. "Araz-Naxçıvan"ın heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular çoxdur. Maçado bir epizoddan yararlandı. Bu da onun ustalığıdır. Çatışmazlıqlar çoxdur deyə həvəsdən düşməli deyilik.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…