COP29

"Sakit dayanacağıma inanmıram" - İDDİALI AÇIQLAMA

9 Avqust 16:40 Şamaxı 750
"Sakit dayanacağıma inanmıram" - İDDİALI AÇIQLAMA

"Şamaxı"nın yay fasiləsinə heyətinə qatdığı futbolçulardan biri də Conatan Benteke oldu.

Forvard düşərgəyə gec qoşulsa da qısa müddətdə komandaya uyğunlaşa bildi.

Əbəs deyil ki, "şirlər"in formasında meydana çıxdığı hər üç yoxlama grüşündə də fərqlənə bildi.

Özü də nə az, nə çox 5 dəfə.

"Əl Yarmuk" və "Cəbrayıl"la qarşılaşmalarda dublla yadda qalan belçikalı legioner "Pelikan"la matçda rəqib torunu 1 dəfə silkələməyi bacarmışdı.

Lakin əla başlanğıcın davamını rəsmi görüşdə gətirmək mümkün olmadı.

Belə ki, Premyer Liqanın 1-ci turunun "Sabah"la matçında start heyətində meydana çıxan Benteke 64-cü dəqiqədə yerini Emin Zamanova verərək meydanı qolsuz tərk etməli oldu.

Sportinfo.az-a açıqlama verən "11 nömrə" Masazırdakı uğursuz debutunu belə şərh edib:

"Qollar vurub komandama qələbə qazandırmaq istərdim. Lakin qol vurmadığım üçün kədərli deyiləm. Komanda yoldaşlarım fərqlənsə də komandamız xal qazandı. "Şamaxı"ya kömək etmək üçün gəlmişəm. Növbəti görüşlərdə sakit dayanacağıma inanmıram. Qollarımı vuracağıma ümid edirəm".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…