COP29

“Borussiya”da “göz açan” hücumçu Azərbaycan klubunda - SON DƏQİQƏ

8 Avqust 13:40 Şamaxı 7 457
“Borussiya”da “göz açan” hücumçu Azərbaycan klubunda - SON DƏQİQƏ

Premyer Liqada qalmaq iddiasında olan «Şamaxı» bu gün növbəti transfer çalışmasını yekunlaşdırıb.

Ayxan Abbasovun çalışdırdığı «şirlər» yeni legionerlə anlaşıb.

Leroy-Yaques Mikels bundan sonra karyerasını Azərbaycanda davam etdirəcək.

29 yaşlı hücumçu Konqo Demokratik Respublikasından olsa da, Almaniyada dünyaya gəlib. Münxenqladbax «Borussiya»sının yetirməsinin karyerası əsasən bu ölkəylə bağlıdır.

«Sankt Pauli», «Alemanniya Aaxen», «1Monheym», «Velbert», «MSV Duysburq», «Türkgücü Münxen» və «Rot-Veys Oberhausen» kimi yerli klubların formasını geyinib.

2023-cü ilin əvvəlində Bolqarıstana üz tutub, Varna «Spartak»ı ilə müqavilə imzalayıb.

Həmin ilin yayında isə Səudiyyə Ərəbistanına yollanıb, «Al-Taraji»nin şərəfini qoruyub. Hazırda azad agent statusu daşıyır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…