COP29

Azərbaycan klubu bu qədər problemi necə aradan qaldıracaq?

4 Avqust 23:45 Şamaxı 1 152
Azərbaycan klubu bu qədər problemi necə aradan qaldıracaq?

1 illik fasilədən sonra yenidən Premyer Liqaya qayıdan "Şamaxı" startdaca çətin durumla üz-üzə qalıb.

Səbəb bölgə klubunun təqvimlə ilk üç ev oyununda avrokuboklardakı təmsilçilərimizlə qarşılaşmasıdır.

Artıq ilk belə rəqib olan "Sabah" Şamaxıya getməkdən boyun qaçırdı.

Mümükün zədə riskini düşünən "tələbələr"in müraciətinə cavab olaraq "Şamaxı" oyunun Bakıda keçirilməsinə razılıq verdi.

Dərd bununla bitsə nə vardı...

Ayxan Abbasovun komandası 3-cü turda "Qarabağ"ı, 4-cü turda isə "Zirə"ni doğma publika önündə qəbul etməlidir.

Hər iki komanda da avrokuboklarda çıxışını davam etdirir.

"Qarabağ" və "Zirə"nin "Sabah"ın yolu ilə getməyəcəyinə zəmanət yoxdur.

Ehtimal isə yüksək. Belə olan halda təqvim üzrə 2-ci turda "Araz Naxçıvan" və 5-ci turda "Neftçi" ilə səfər oyunlarınını nəzərə alsaq "Şamaxı" ardıcıl 5 turu qonaq meydanında keçirməli olacaq.

Yeni yığılan rayon komandasının xallar qazanmaq üçün ən böyük dəstəkçisi onun azarkeşləridir.

İndiki durumda bundan məhrum olmaq gələcəkdə böyük fəsadlar yarada bilər.

Məsələn, səfər meydanında oynanılacaq iddialı 5 rəqiblə oyunda alınacaq məğlubiyyətlərin ardınca toparlanmaq mümkün olmaya bilər.

Düzdü, hər şey "Şamaxı" rəhbərliyinin əlindədir.

Rəsmilər istəsə qarşı tərəfin oxşar müraciətindən imtina edə bilər. Amma belədə də ictimai qınaqla üz-üzə qalmaq lazım gələcək. Ki, ölkəmizi Avropada təmsil edən klublarımıza dəstək olunmadı.

Deməli, ümid qalır "Qarabağ" və "Zirə"nin insafına. Əksi olsa "Şamaxı" üçün çətin görünən işlər bir az da ağırlaşmış olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…