“Şamaxı” yay təlim-məşq toplanışında üçüncü yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun komandası yeni mövsümdən I Liqada çıxış edəcək "Cəbrayıl”la qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.
"Şamaxı"nın heyətində yeni transfer Conatan Benteke dubl edib. Digər qolları Elşad Tağıyev və Adil Nağıyev vurub.
"Şamaxı" bundan əvvəlki yoxlama oyunlarında "Kəpəz"ə 2:1, "Pelikan"a isə 5:0 hesabı ilə qalib gəlib.