“Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Cəlal Cəbrayılovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
22 yaşlı futbolçu ötən ilin yayından "Şamaxı"da çıxış edirdi.
"Şamaxı" bu yay Əkpər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Əsgərov, Fuad Bayramov,, Sahib Həsənov, Kənan Quliyev və Lubeni Haukonqo ilə də yolları ayırıb.