“Neftçi”nin sabiq üzvü Vüsal Əsgərov “Şamaxı”ya lazım olmayıb.
Bir müddət əvvəl bölgə klubu yoxlanış üçün 22 yaşlı yarımmüdafiəçini məşqlərə dəvət etmişdi.
Lakin gənclər millimizin sabiq üzvünün performansı baş məşqçi Ayxan Abbasovu razı salmayıb.
Vüsal “Neftçi”nin yetirməsidir.
Yaxın keçmişdə klubun ən istedadlı gənclərindən hesab edilirdi.
O, “ağ qaralar”ın heyətində 15 matç keçirib və 1 qolla yadda qalıb.
Orta sahə oyunçusu son mövsümü Birinci Liqa təmsilçisi “İrəvan”da keçirib.
Cənubi Azərbaycan klubu fəaliyyətini dayandırdığı üçün Əsgərov da azad agent statusuna sahib olub.
XANOĞLAN / SPORTİNFO.AZ